“Samsung Galaxy Mega 2” fableti elan edilib
Yeni “Samsung Galaxy Mega 2” planşetofonu şirkətin Tayvan nümayəndəliyinin saytında qeydə alınıb.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Samsung Galaxy Mega 2” modeli 1280x720 nöqtə təsvir ölçülü 6 düymlük ekran, 1.5 QHs takt tezlikli dördnüvəli “Exynos 4415” prosessoru və “Mali-400MP4” qrafikası, 1.5 QB əməli və 8 QB daxili yaddaşla təchiz edilib. Sonuncunu “microSD” yığcam kartlarının köməyi ilə artırmaq olar.
Bundan başqa, mobil telefon 8 meqapiksellik əsas kamera və 2,1 meqapiksellik ön kameralarla, “Wi-Fi 802.11 b/g/n”, “DLNA”, “Bluetooth 4.0” və “GPS/QLONASS” simsiz kommunikasiyalar ilə təchiz olunub. LTE şəbəkəsi dəstəklənir və eyni zamanda iki SİM kartın istifadəsi mümkündür.
“Samsung Galaxy Mega 2” qurğusunun korpusu qara və ağ rənglərdə əlçatan olacaq. Aparatın təxmini qiyməti 410 dollar təşkil edəcək.
Emil Hüseynov