Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“AMD” şirkətinin yeni baş direktoru seçilib
Dünyanın ikinci ən böyük mikroprosessor istehsalçısı “Advanced Micro Devices” (AMD) dünən şirkətin yeni baş direktorunu seçib .
O, “Lenovo Group” şirkətinin əməliyyat direktoru Rori Rid olacaq. Rori Rid bu postda “AMD” şirkətinin keçmiş baş direktoru Dirk Meeri əvəz edəcək. Məlumat üçün qeyd edək ki, Dirk Meer hələ cari ilin qış ayında öz postundan gedib.
Beləliklə, şirkətin yeni direktorunun seçilməsi ilə bağlı 7 aylıq axtarışa son qoyulub. Hələ cari ilin mart ayında şirkətin Direktorlar şurası müxtəlif şirkətlərdə böyük İT menecerlər qrupu ilə əlaqə saxlayaraq onlara “AMD” şirkətinin “CEO” vəzifəsini təklif edib, lakin bütün hallarda rədd cavabı alıb.
Rori Rid indiyə qədər “Lenovo” şirkətində bütün əməliyyat layihələri (stolüstü fərdi kompyuterlərdən smartfonlara qədər) ilə məşğul olub və bundan əvvəl isə 23 il “İBM” şirkətində işləyib.
Şirkətin yeni “CEO”-nun təyin edilməsi haqqında elandan sonra, ABŞ-da “AMD” şirkətinin səhmləri artıb. Analitiklərin məlumatlarına əsasən, şirkətin mikroprosessor bazarında payı hal-hazırda 20%-dən bir az aşağıdır.
26/08/11 Çap et