Cənubi Koreya istehsalçısı Avropaya noutbukların tədarükünü dayandıracaq
Cənubi Koreyanın “Samsung” şirkəti Avropa ölkələrinə noutbuk və netbukların tədarükünü dayandırmaq qərarına gəlib.
Bu qərara səbəb bazar şəraitinin dəyişməsi və məhsula tələbatın azalması olub. “Samsung” noutbukların istehsalından tam imtina etmək niyyətində deyil və digər ölkələrə onların tədarükünü davam edəcək.
“Biz bazar şəraitini diqqətlə öyrənməkdə davam edəcəyik və fərdi kompüterlərin inkişaf etməkdə olan kateqoriyalarında rəqabətin saxlanılması üçün gələcək düzəlişlər edəcəyik”, - şirkət nümayəndələri bildirib.
Koreya şirkətinin işçi heyətinin azaldılması barədə məlumat verilmir.
Smartfonlar bazarının lideri olan “Samsung”un əsas rəqibi ABŞ-ın “Apple” şirkətidir. Son illər Cənubi Koreya istehsalçısı planşet və “smart” saatlar istehsalçıları arasında da mövqeyini möhkəmlədib.
“IDC” analitik şirkətinin məlumatına görə, 2013-cü ildə “Android” əməliyyat sisteminin smartfonlar bazarında payı 78,1 faizədək artıb. İkinci yeri payı 17,6 faizədək azalan “Apple” şirkətinin “iOS” əməliyyat sistemi tutub. “Windows Phone” sisteminin payı 3 faiz, "BlackBerry”nin 0,6 faiz təşkil edib. Digər mövcud əməliyyat sistemlərinin dünyada payı 0,7 faizə bərabər olub, - “
www.rbc.ru” yazır.