Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qabaqcıl “Samsung Galaxy Note 4” fabletinin satışlarına başlanılıb


Analitiklərin pessimist proqnozuna və “Samsung”un səhmlərinin qiymətinin azalmasına baxmayaraq, şirkət rəhbərliyi əmindir ki, Cənubi Koreya nəhənginin mobil biznesi öz möhkəm özülü və texnoloji gücü sayəsində tezliklə bərpa olacaq.
 
 
Bu gün “Samsung Galaxy Note 4” fabletinin satışlarına start münasibəti ilə tədbirdə çıxış etmiş “Samsung”un mobil bölməsinin marketinq və satış bölməsinin direktoru Li Don-Cu belə bəyanatla çıxış edib. Top-menecer bildirib ki, yeni aparata tələbat əvvəlki modellərlə müqayisədə yüksək olmalıdır, xeyli sayda ilkin sifariş edilməsi buna əyani sübutdur.
 
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, Li Don-Cu deyib ki, başqa istehsalçıların 5-6 düymlük smartfonları öz praktikliyi ilə “S Pen” elektron qələmi ilə təchiz olunmuş “Galaxy Note 4” ilə müqayisə oluna bilməz.
 
 
Bundan başqa, yeni aparat 2560x1440 piksel təsvir ölçülü 5.7 düymlük  “Super AMOLED” ekran, 3 QB əməli və 32 QB daxili yaddaş, 16 meqapiksellik əsas və 3,7 meqapiksellik ön kameralar, həmçinin sürətli enerjidoldurma texnologiyasına malik 3220 milliamper/saat tutumunda akkumulyatorla təchiz olunub. Aparata “Android 4.4.3” əməliyyat sistemi quraşdırılıb, aparat hissəsindən modifikasiyadan asılı olaraq “Qualcomm Snapdragon 805” və “Samsung Exynos 5433” prosessorları cavabdehlik daşıyır.
 
“Samsung Galaxy Note 4” sentyabrın 25-də ilk öncə Cənubi Koreya və Çində satışa çıxarılacaq. Oktyabrın sonuna kimi model daha 140 ölkənin bazarında əlçatan olacaq.
 
Emil Hüseynov
 




25/09/14    Çap et