Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” “Tizen” platformasını məişət elektronikası və televizor sahəsində tətbiq edəcək


“Tizen” əməliyyat sistemini smartfon bazarında tətbiq etmək üçün bir sıra uğursuz cəhdlərdən sonra, “Samsung Electronics” əşyaların interneti sahəsində bu platformanın tətbiqinə qərar verib. Tayvanın sahə üzrə mənbələri bildirirlər ki, 2015-ci ildə Cənubi Koreya şirkəti öz proqram platformasından məişət elektronikasında və maye kristal televizor sahəsində geniş istifadəyə hazırlaşır.
 
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Samsung”un bu sahədə ətraflı planları haqda növbəti ilin 6-9 yanvar tarixlərində “CES 2015” beynəlxalq elektronika sərgisində agah olmalıdır. Sərgidə məişət texnikasının buraxılışı üzrə bölmənin direktoru Yun Bu-Kyunun çıxışı gözlənilir. Onun hesabatı əşyaların internetinin inkişafına və "ağıllı" elektronikanın öz aralarında qarşılıqlı əlaqəsinə həsr ediləcək.
 
Mobil sahədə “Android” və “iOS” sistemlərinin liderliyi “Samsung”u “Tizen” platformasını tanıtmaq üçün başqa yolların axtarışına vadar edir. Hazırda şirkət bu əməliyyat sistemi ilə işləyən “Gear S” smart saatı və “Gear Fit” fitnes-qolbağı kimi daşınan qurğular buraxır.
 
 
Emil Hüseynov




25/09/14    Çap et