Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
WiMAX texnologiyaları üzrə internetə simsiz qoşulma xidmətləri göstərən SAZZ şirkəti Sumqayıt, Novxanı və Keşlə qəsəbəsində baza stansiyasının inşası üzrə işləri başa çatdırıb. Bu gün SAZZ şirkəti WiMAX simsiz internet xidmətlərini Bakı şəhər ətrafında və Abşeron yarımadasında təqdim edir.
Baza stansiyasının qurulması şəhərətrafı yaşayış məntəqələrində yüksək sürətli internetə çıxış imkanı verəcək. Xidmətin sürət və keyfiyyəti siqnaldan və baza stansiyasına qədər olan məsafədən asılı olacaq. WiMAX texnologiyası internet şəbəkəsinə simmetrik simsiz genişzolaqlı radiogirişin təşkilinə, eləcə də orta və alçaq tikililərdə simli ADSL girişinə, yaxud digər girişlərə qoşulmaq mümkün olmayan rayonlarda bölünmüş lokal şəbəkələrin qurulmasına istiqamətləndirilib. Bu gün şirkət USB modem 65 manat, aylıq ödəniş 25 manat olmaqla sürəti 10 mb/s olan limitsiz internet təqdim edir.
WiMAX şəbəkələri mobil rabitə şəbəkələrindəki prinsiplərə əsaslanır. Lakin onlardan fərqli olaraq, WiMAX baza stansiyası buraxılış gücü ilə 30 km-dən çox radiuslu ərazidə genişzolaqlı rabitəni təmin edir. Bunu kabellə qoşulma - 100 Mbit/san ilə müqayisə etmək olar.
07/06/11 Çap et