Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2014-cü ildə “Wi-Fi” avadanlığı bazarının həcmi 11% artacaq


"ABI Research" analitik şirkətinin mütəxəssisləri bildiriblər ki, "Wi-Fi" simsiz şəbəkələri populyardır və tezliklə "802.11ac" standartı bu bazarda ən geniş yayılmış texnologiya olacaq.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, analitiklərin proqnozuna əsasən, 2014-cü ildə qlobal çıxış nöqtəsinin satış həcmi 176 milyona çatacaq. İstehlak bazarı üçün nəzərdə tutulmuş simsiz marşrutlayıcı və şlüzlər də bu rəqəmə daxildir. Ekspertlər istehlakçının otağında simsiz rabitənin təşkili üçün qurulan "Wi-Fi" qurğular kateqoriyasına məxsus şəbəkə məhsulları bazarının 11%-lik artımını proqnozlaşdırır.
 
"Genişzolaqlı internetə çıxışın nüfuzetmə səviyyəsi və ev şəraitində istifadə edilən şəbəkəyə çıxış imkanına malik qurğuların sayının artması sayəsində bütün regionlarda inkişaf gözlənilir" – "ABI Research"in əməkdaşı Ceyk Sonders deyib.
 
"ABI Research"in mart tədqiqatına əsasən, 2013-cü ildə son istehlakçılara satılmış çıxış nöqtələrinin 8%-i 802.11ac spesifikasiyasını dəstəkləyib, 2014-cü ilin nəticəsinə görə, bu göstərici 45%-dək artacaq.
 
802.11ac standartına uyğun qurğular məlumatların 1,3 Qbit/s sürətlə ötürülməsini təmin edir ki, bu da 802.11n spesifikasiyasının sürət xarakteristikasından üç dəfə çoxdur. Ekspertlərin proqnozuna görə, 2014-cü ilin sonundan etibarən 802.11n texnologiyasının nüfuzetmə səviyyəsi 802.11ac standartının populyarlığı fonunda azalacaq.
 
Emil Hüseynov
 





26/09/14    Çap et