Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda bələdiyyələrin vahid internet portalı yaradılacaq


Azərbaycanın Ədliyyə Nazirliyi bələdiyyələrin fəaliyyəti haqda məlumatları ictimaiyyətə təqdim etmək məqsədi ilə kotirovka sorğusu elan edib.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, kotirovka sorğusu bələdiyyələrlə vahid internet portalının yaradılmasını nəzərdə tutur.  

Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər oktyabrın 3-dək Yasamal rayonu, İnşaatçılar prospekti 1 ünvanında qəbul olunur.

Əlavə məlumat almaq üçün maraqlanan təşkilatlar 012 492 62 35 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
 
Aynur Vəliyeva



 




26/09/14    Çap et