Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kardioqrammadan parol kimi istifadə edilə bilər
“Bionym” startapı cəlb etdiyi 14 milyon dollar; “Nymi” qolbağının istehsalına başlamaq üçün xərcləməyi planlaşdırır. “Nymi” ürəyin elektrik aktivliyini ölçür və bu məlumatı mobil qurğu və fərdi kompüterə giriş üçün parol kimi istifadə edir.
“Bionym” startapının baş direktoru Karl Martin bildirib ki, bu vəsait 10 min “Nymi” qolbağının istehsalına, heyətin artırılmasına xərclənəcək.
"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, hazırda “Bionym” startapında təxminən 40 insan çalışır. Şirkət yeni mütəxəssislər axtarır.
“Nymi” qolbağı ürək əzələsi (elektrokardioqram) tərəfindən generasiya olunan elektrik aktivliyini ölçür və identifikasiya zamanı üçün bu məlumatlardan istifadə edir. Qolbağın yaradıcıları iddia edirlər ki, ürəyin elektrik aktivliyi hər bir insan üçün unikaldır və buna görə parol kimi istifadə oluna bilər.
Birinci 20 min sifariş üçün qolbağın qiyməti 79 dollar təşkil edir. Sonra cihazın qiyməti 99 dollaradək artırılacaq və üç variantda (qara, ağ və narıncı) təklif ediləcək.
Emil Hüseynov
27/09/14 Çap et