“Amazon” laboratoriyası daşınan elektronika ilə məşğul olacaq
“Amazon” şirkəti mobil elektronikada yeni istiqamətlərin tədqiqi ilə məşğul olan “Lab 126” bölməsinin ştatını genişləndirəcək. Laboratoriyanın işçilərinin sayının yaxın illərdə dörd min nəfərə çatdırılması planlaşdırılır.
“Lab 126” mütəxəssisləri artıq bir neçə uğurlu qurğu yaradıb. Onlar arasında oxu qurğuları və “Kindle” planşet kompüterini sadalamaq olar. Qeyd olunur ki, yaxın illərdə laboratoriyanın işinin əsas istiqaməti daşınan elektronika və “Əşyalar interneti” olacaq. Şirkət layihəyə 55 milyon dollar investisiya yatırmaq niyyətindədir.
Həmçinin “Amazon” “ağıllı” ev üçün qurğuların yaradılmasına maraq göstərir. Məsələn, hazırda laboratoriyada bircə düyməni basmaqla evə daima tələb olunan malların (məsələn, yuyucu vasitələr) çatdırılmasına imkan verən qurğuların sınaqları keçirilir. Qurğuların bazara çıxarılması barədə “Amazon” rəhbərliyi hələ ki qəti qərara gəlməyib, - “
www.vesti.ru” yazır.