Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qəbələdə baş verən zəlzələ zamanı rabitənin dayanıqlığı tam təmin edilib


Bu gün Qəbələdə ardıcıl üç zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar  06:38-də Qəbələ şəhərindən 22 km şimal-şərqdə qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, Qəbələdə 5 bal və respublikanın əksər rayonlarında 4 - 3 bal gücündə hiss olunub. İnsan tələfatı yoxdur.

Qəbələ Telekommunikasiya Qovşağının rəisi Şahin Tağıyevin verdiyi məlumata görə, zəlzələ rabitənin işində hər hansı problem yaratmayıb.
 
“Bütün qüvvələrimiz səfərbərdir. Rabitə qəza briqadalarımız kəndlərdə rabitənin ümumi vəziyyətini yoxlayır. Birləşdirici xətlərdə hər hansı problem yoxdur. Blıq kənd EATS-nin binasında çatlar əmələ gəlib. Laza kənd EATS-də də bəzi problemlər var. Ümumilikdə vəziyyət yaxşıdır. Rabitə tam nəzarətdədir. Rayon rabitəsi dairəvi rabitə sisteminə qoşulduğundan  Bakı və digər rayonlarla çıxışında hər hansı problem yaşana bilməz. Bir istiqamətdə rabitə kəsilsə, digər istiqamətdə rabitə avtomatik bərpa olunur”.
Qeyd edək ki, Qəbələdə digər zəlzələ yerli vaxtla 08:55-də  və 09:19-da  baş verib.

RƏVAN
 
 




29/09/14    Çap et