Yaponiya istehsalçısı Avropa bölməsini satıb
Yaponiyanın "Sharp" elektronika istehsalçısı Avropadakı televizor bölməsinin Slovakiyanın "Universal Media Corp" şirkətinə satılmasını elan edib.
Bundan başqa, şirkət məişət texnikası istehsalı üzrə Avropa bölməsini Türkiyənin "Vestel Elektronik Sanayi ve Ticaret" şirkətinə satıb.
Eyni zamanda "Sharp" Avropada 300 əməkdaşın ixtisar edilməsini açıqlayıb.
52 milyard dollar məbləğində maliyyə itkiləri ilə əlaqədar olaraq "Sharp" qeyri-profilli aktivlərini satır. Bundan əvvəl şirkət Avropada günəş batareyalarının istehsalını dayandırıb, - "ROSBALT
www.rosbalt.ru" yazır.