“IDC”: “2014-cü ildə iri İT şirkətlərinin marketinq büdcəsi 3,5 faiz artacaq”
"IDC" analitik şirkəti tərəfindən keçirilən sorğuda iştirak edən nəhəng informasiya texnologiyaları (İT) şirkətlərinin üçdə iki hissəsi 2014-cü ildə marketinq büdcəsini artırır, 20 faizi isə bunu azaltmağı planlaşdırır.
"Üçüncü platforma" texnologiyaları (bulud sistemləri, sosial şəbəkələr, mobil texnologiyalar və iritutumlu məlumatlar) ilə aktiv işləyən şirkətlərdə marketinq xərclərinin artımı orta bazar səviyyəsini beş dəfə üstələyir. Qeyd olunur ki, onların əksəriyyəti büdcəni 10-20 faiz çoxaldır.
Marketinq büdcələrinin artımı orta hesabla 3,5 faiz, həmin müddət ərzində satış həcminin gözlənilən artımı 3,7 faiz təşkil edir. Tempin üst-üstə düşməsi son səkkiz ildə ilk dəfə müşahidə olunur və analitiklərin fikrincə, bu, rəhbərliyin daha perspektivli layihələrin inkişafına əlavə vəsaitlərin ayrılmasına hazır olmasından xəbər verir. Bununla belə, analitiklər qeyd edirlər ki, yadda saxlamaq lazımdır ki, hazırda daha çox artım "üçüncü platforma" istiqamətində qeydə alınır.
Tədqiq edilən şirkətlərin yarısında son iki ildə marketinq üzrə direktor dəyişdirilib. Analitiklər vurğulayırlar ki, alıcılarla işi müasir rəqəmli texnologiyalarla qura bilməyən rəhbərlər öz vəzifələrini qoruya bilməyəcək, - "
Computerworld " yazır.