Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azericard” “Izone.az”la əməkdaşlığa başlayıb


“AzeriCard” prosessinq mərkəzi “Izone.az” saytı ilə birgə əməkdaşlığa start verib.
 
“AzeriCard”dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, hazırda “Izone.az”-ın abunəçiləri istənilən zaman internet, TV və VOIP haqlarını onlayn rejimində ödəyə bilərlər.
 
Ödəmə “VISA”, “VISA Electron”, “MasterCard” və “Maestro” plastik kartları vasitəsi ilə “www.izone.az”,  “www.azericard.com” və s. internet saytlarında aparılır.
 
Sözügedən xidmət internetdə elektron bank kartlarından ən təhlükəsiz istifadə imkanı verən “3D Secure” sistemi əsasında mümkün olub.
 
Aynur Vəliyeva
 




29/09/14    Çap et