Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mark Zukerberq Bill Qeytsdən daha çox qazanır
Dünyanın ən böyük sosial şəbəkəsi “Facebook”un yaradıcısı Mark Zukerberq “Forbes”in ən zəngin İT iş adamlarının reytinqində üçüncü olub, amma il ərzində reytinqdə birinci yerdə qərarlaşmış “Microsoft”un həmtəsisçisi Bill Qeytsdən daha çox qazanıb. Bu haqda “forbes.com” resursu yazıb.
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Zukerberq əvvəlki reytinqdə varidatının həcminə görə amerikalı İT iş adamları arasında altıncı olub, amma son ildə o, ən zəngin amerikalılar arasında daha çox qazanıb: Zukerberqin varidatı 15-dən 34 milyardadək artıb. O, hazırda 11-ci yerdə qərarlaşıb.
Ən zəngin İT iş adamlarının onluğu dəyişməz qalıb: reytinqdə birinci yerdə Bill Qeyts qərarlaşıb, o, eyni zamanda ABŞ-ın ən zəngin vətəndaşıdır. “Oracle”ın həmtəsisçisi Larri Ellison İT iş adamları arasında ikincidir.
“Forbes”in ötənilki məlumatları ilə müqayisədə, hər iki top-menecerin varidatı 9 milyard (müvafiq olaraq 81 və 50 milyard dollar) dollar artıb. “Amazon”un təsisçisi Ceff Bezosun varidatı 30,3 milyard dollar məbləğində qiymətləndirilir ki, bu da 2013-cü illə müqayisədə 3,3 milyard dollar çoxdur. O, ən zəngin İT iş adamlarının reytinqində altıncı və ən zəngin amerikalıların siyahısında 32-ci yerdə qərarlaşıb.
Emil Hüseynov
30/09/14 Çap et