Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“E-hökumət”in tərkib hissəsi olan elektron elmin formalaşması problemlərinə dair İnformasiya Texnologiyaları İnstitutunda araşdırmalar aparılır
Respublikada həyata keçirilən “E-hökumət”in tərkib hissəsi olan elektron elmin formalaşması problemlərinə dair AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) araşdırmalar aparılır.
Bu istiqamətlərdə dissertasiya işlərinin ekspertizası, elmi tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi məsələləri tədqiq edilir, e-elmin inkişafının yeni istiqaməti sayılan vətəndaş elminin təşəkkülü və perspektiv məsələləri araşdırılır, metod, alqoritm və mexanizmlər işlənilir.
Eyni zamanda e-elmin informasiya təminatının formalaşdırılması istiqamətində aparılan tədqiqatlar çərçivəsində Azərbaycan elmi jurnallarının beynəlxalq elmi bazalarda təmsilçiliyi məsələlərinin araşdırılması və problemlərin həlli mexanizmlərinin işlənməsi məsələləri tədqiq olunur.
Bu barədə İTİ-nin şöbə müdiri Təhmasib Fətəliyev rəhbərlik etdiyi 3 saylı şöbənin 9 aylıq hesabatını təqdim edərkən məlumat verib. İnstitutdan qeyd edilib ki, şöbə müdiri elmi tədqiqat işləri çərçivəsində görülən işlərdən danışaraq, elmmetriyanın formalaşması və inkişafı problemlərindən söz açıb. Şöbənin elmi-innovasiya fəaliyyətinə dair məlumatları diqqətə çatdıran məruzəçi Prezident yanında Elmin İnkişafı Fondunun və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) maliyyələşdirdiyi, elmi rəhbəri olduğu qrant layihəsi çərçivəsində görülmüş işlər haqqında da danışıb. T.Fətəliyev, həmçinin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, tanınmış elmi jurnallarda məqalələrin nəşri, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində görülən işləri diqqətə çatdırıb.
Qeyd edib ki, beynəlxalq elmi əməkdaşlığın inkişafı məqsədi ilə İstanbul Texniki Universiteti, Belarus MEA-nın Birləşdirilmiş İnformasiya Problemləri İnstitutu ilə elmi əməkdaşlıq əlaqələri qurulub.
Həqiqət İSABALAYEVA
30/09/14 Çap et