Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“ASUS” şirkəti “AsusPro BU201” biznes-noutbukunu nümayiş etdirib
“ASUS” yığcam kompüter model cərgəsinə biznes auditoriya üçün nəzərdə tutulmuş “AsusPro BU201” modelini əlavə edib. Yeni qurğuda daktiloskopik skaner, “Trusted Platform Module” (TPM) müdafiə modulu və bank kartları hesablayıcısı kimi texnoloji həllər mövcuddur.
Bundan başqa, yeni qurğu zərbələrə dayanıqlıdır, suya davamlı klaviatura və informasiyanın tamlığının saxlanılması üçün leptopun düşməsi zamanı avtomatik sönən məlumat daşıyıcısına malikdir. Xüsusi şarnir mexanizmi noutbukun qapağını 180 dərəcə açmağa imkan verir.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, qurğu 1920x1080 piksel təsvir ölçülü 12,5 düymlük ekran, “Core i5” və ya “Core i7” prosessorları, artırılma imkanına malik 4 QB əməli yaddaş, 1 QB tutumunda sərt disklə təchiz edilib.
Akkumulyator batareyasının tutumu 32 Vt/saat təşkil edir. İstehsalçı, həmçinin “Wi-Fi” və “Bluetooth 4.0” simsiz rabitə modulları, “VGA” konnektorları, üç ədəd “USB 3.0” konnektoru, “Ethernet” və “Mini Display Port” nəzərdə tutub.
“AsusPro BU201” modelinin qiyməti və satışa çıxarılma tarixi haqda informasiya hələ ki yoxdur.
Emil Hüseynov
30/09/14 Çap et