Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” artıq istifadəçilərin telefonundan tətbiqləri silmək hüququna malikdir


“Google” korporasiyası sentyabrın 25-də “Google Play” onlayn mağazasında proqram məhsullarının yayılması haqda razılaşmaya dəyişiklik edib.
 
"ICTnews" elektron xəbər xidməti “rg.ru” saytına istinadən bildirir ki, sənədə əsasən, indi “Google” şirkəti smartfon və istifadəçilərin planşetlərində quraşdırılmış tətbiqləri uzaq məsafədən silmək hüququna malikdir.
 
"Əgər sizin məhsulunuz istifadəçi qurğusuna və ya məlumatlara zərər vuran elementlərə malikdirsə, “Google” məhsulu deaktiv etmək və ya proqramı qurğudan silmək hüququna malikdir" – razılaşmada belə yazılıb.
 
Emil Hüseynov




30/09/14    Çap et