Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti ucuz “Galaxy Ace Style LTE” smartfonunu buraxıb


“Samsung” şirkətinin mobil telefon bazarında əsas özəlliyi bütün, həmçinin ucuz seqmentlərdə olmasıdır. Cənubi Koreya nəhənginin son aparatı məhz sonuncu üçün nəzərdə tutulub.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Samsung Galaxy Ace Style LTE” aparatı “AMOLED” texnologiyası üzrə hazırlanmış ekrana malikdir. Ekranın təsvir ölçüsü 800x480 piksel təşkil edir.

Smartfon, həmçinin naməlum istehsalçının 1.2 QHs takt tezlikli dördnüvəli prosessoru, 1 QB əməli və 4 QB daxili yaddaşla təchiz olunub.

Cihazın arxa hissəsinə quraşdırılmış daxili 5 meqapiksellik kamera işıq diodu foto işıqlandırıcısı və HD formatında video yazma funksiyasına malikdir.

Bundan başqa, aparat 1900 milliamper/saat tutumunda akkumulyator və NFC, “Wi-Fi 802.11 b/g/n”-ın və “Bluetooth 4.0” simsiz rabitə modulları ilə təchiz edilib. Cihaz danışıq rejimində 11 saat və LTE şəbəkəsində veb səhifələrə baxış zamanı 9 saat işləyir. SİM kartı qoşmaq üçün bir slot nəzərdə tutulub.

“Samsung Galaxy Ace Style LTE” modelini Almaniyadan satın almaq olar. Aparatın pərakəndə satış qiyməti 200 avro təşkil edir.

Emil Hüseynov
 

 




30/09/14    Çap et