Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ölkədə nağdsız ödəniş sistemi genişlənir
Ölkəmizdə nağdsız ödənişin tətbiqi istiqamətində ciddi addımlar atılır. ”Aztelekom”İB-dən verilən məlumata görə, birliyin şəhərlərarası və beynəlxalq danışıqlara görə borcların bankomatlarda plastik kartlar vasitəsi ilə ödənilməsi istiqamətində apardığı tədbirlər nəticəsində Bakı, Gəncə, Sumqayıt, Lənkəran Şirvan şəhərlərində, Abşeron, Şəki, Göyçay, Quba, Xaçmaz, Yevlax, Şəmkir rayonlarında yeniliyin tətbiqi uğurla nəticələnib. Digər rayonların da bu sistemə qoşulması üçün işlər aparılır.
Qeyd edək ki, bu xidmətin tətbiqi məqsədilə “Aztelekom” İB, Məlumat Hesablama Mərkəzi, “Azərikart” MMC-nin və müvafiq bankların mütəxəssisləri ilə birgə müzakirələr aparılmış və razılaşma protokolu imzalanmışdır.
Xatırladaq ki, plastik kart vasitəsi ilə ödəniş sisteminin Bakı şəhərində tətbiqinə 2006-cı ilin yanvarından başlanılmış və hal-hazırda proses müvəffəqiyyətlə həyata keçirilir.
07/06/11 Çap et