Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyada internetə orta çıxış sürəti 4.6 Mbit/s təşkil edib
“Akamai Technologies” şirkəti internetə çıxış sürəti haqda növbəti hesabatını dərc edib. 2014-cü ilin birinci rübünün nəticəsinə görə, qlobal şəbəkəyə orta çıxış sürəti 3,9 Mbit/s təşkil edib, ikinci rübdə 4,6 Mbit/s olub ki, bu da ötənilki göstəricidən 42% yüksəkdir.
Cənubi Koreya qlobal şəbəkəyə orta çıxış sürəti (24,6 Mbit/s) üzrə liderdir.
"ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, ilk onluqda, həmçinin Honkonq (15,7 Mbit/s), İsveçrə (14,9 Mbit/s), Yaponiya (14,9 Mbit/s), Hollandiya (14,3 Mbit/s), İsveç (13,6 Mbit/s), Latviya (13,5 Mbit/s), İrlandiya (12,6 Mbit/s), Çexiya (12,6 Mbit/s) və Rumıniya (11,8 Mbit/s) ölkələri yer alıb.
Emil Hüseynov
01/10/14 Çap et