Azərbaycandilli “Vikipediya”da “Memarlıq ayı”
Azərbaycandilli “Vikipediya”da oktyabr ayı “Memarlıq ayı” elan olunub.
“ICTnews” elektron xəbər xidmətinin “az.wikipedia.org”a istinadən verdiyi məlumata görə, “Memarlıq ayı” - “
Mövzulu ay” layihəsinin bir hissəsi kimi memarlıq haqda məqalələrin yazılması üçün yaradılıb.
“Memarlıq ayı” bu sahə ilə əlaqəli məqalələrdəki boşluqları aradan qaldırmaq üçün nəzərdə tutulub. Ay ərzində
memarlıq və onun müxtəlif sahələri ilə bağlı məqalələr yaradılacaq və zənginləşdiriləcək.
Layihə iştirakçıları “
Vikipediya:Mövzulu ay/Memarlıq ayı/Plan” səhifəsində nəzərdə tutulan səhifələri, eləcə də həmin səhifədə olmayan, lakin memarlıqla bağlı olan səhifələri yarada və təkmilləşdirə bilərlər.
CAHANGİR