Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2015-ci ildə modulyar smartfonlar bazara çıxarılacaq
“Google Project Ara” layihəsinin rəhbəri Pol Yeryomenko modulyar smartfonların hazırlanması ilə bağlı ətraflı məlumat verib. Modulyar smartfonların çıxarılması növbəti ilin əvvəlinə nəzərdə tutulub.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, cihazların modulyar konsepsiyası istifadəçilərə müxtəlif bloklardan hazır məhsulları sərbəst yığmağa imkan verəcək. Korpusun ölçüsündən asılı olaraq, aparatda 5-dən 10-dək modul istifadə ediləcək. Bu cür konstruksiya istifadəçinin ehtiyaclarından asılı olaraq smartfonun funksionallığını artırmağa kömək edəcək. Məsələn, məşq zamanı aparata kalorin sayğacı modulunu qoşmaq, səyahət zamanı isə aparatı ikinci akkumulyatorla təchiz etmək mümkün olacaq.
Yermenko deyib ki, modulyar smartfonun akkumulyator daxil olmaqla, bir çox elementlərini qurğunu söndürmədən əvəz etmək mümkün olacaq. Ekran və prosessor istisnadır. “Project Ara” çərçivəsində buraxılan telefonlar “Android L” əməliyyat sisteminin modifikasiya edilmiş versiyasından istifadə edəcəklər.
Yeryomenko deyir ki, modulyar smartfon layihəsinin inkişafı çoxlu sayda tərəfdaşların köməyi hesabına nəzərəçarpacaq dərəcədə sürətlənib.
Emil Hüseynov
01/10/14 Çap et