Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkətinin ilk sosial şəbəkəsi fəaliyyətini dayandırıb


Sentyabrın 30-u “Google” şirkətinin ilk sosial şəbəkəsi "Orkut” üçün sonuncu gün olub. Belə ki, Braziliya və Hindistan kimi bir sıra inkişaf etməkdə olan ölkələrdə populyar olan "Orkut” layihəsi kommersiya baxımından sərfəli olmadığına görə fəaliyyəti dayandırılıb.   
 
Şirkət sosial şəbəkəni bağlamaq barədə niyyətini iyunun 30-da açıqlayıb. “Orkut”-dan şəxsi məlumatları "Google Takeout” ilə 30 sentyabr 2016-cı ilədək köçürmək mümkün olacaq. Həmçinin yüklənmiş fotoşəkilləri “Google+” sosial şəbəkəsinə köçürməyə imkan yaradılıb.
 
ABŞ şirkətinin rəhbərliyi istifadəçilərə minnətdarlığını bildirib və servisin bağlanmasına görə üzr istəyərək daha populyar servislərdən istifadəni məsləhət görüb.
 
“Orkut”un bağlanması elan edildikdən sonra Braziliyada “VKontakte” sosial şəbəkəsinin istifadəçilərinin sayı iki sutka ərzində 2000 faiz artıb. Bundan başqa, braziliyalılar arasında “iOS” platforması üçün “ICQ” məlumat mübadilə servisinin mobil versiyası "App Store” mağazasında ən populyar əlavəyə çevrilib. 
 
Xatırladaq ki, “Orkut” şəbəkəsi 10 il əvvəl yaradılıb və bir sıra ölkələrdə populyar olub. Lakin “Facebook” sosial şəbəkəsi yarandıqdan sonra “Google” layihəsi rəqabətə dözməyib. Bu səbəbdən internet şirkəti digər layihəni - “Google+” sosial şəbəkəsini inkişaf etdirməyə başlayıb, - “DailyComm” yazır.




01/10/14    Çap et