Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yüksək Texnologiyalar Parkında Britaniya şirkətləri ilə müzakirə aparılıb
Bu gün Yüksək Texnologiyalar Parkında Britaniya Ticarət Palatasının təşkilatçılığı ilə görüş keçirilib.
YTP-dən verilən məlumata görə, görüşdə Britaniya şirkətlərinin Azərbaycan bazarında iştirakı və gələcəkdə potensial əməkdaşlığın mümkünlüyü müzakirə edilib.
Görüşdə Britaniyadan olan nümayəndə heyətinin tərkibinə daxil olan “Flowcrete”, “Concept.com Technologies LTD”, “Telent”, “Vision Solutions”, “Concerto”, “PTS” kimi şirkətlər və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər.
CAHANGİR
01/10/14 Çap et