Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda İT sahəsində innovasiyalara həsr olunmuş konfrans keçiriləcək


Bakıda oktyabrın 28-də “VMware” şirkəti İT sahəsində innovasiyalara həsr olunmuş “VMware Tour” konfransı keçirəcək.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, 200 nəfər iştirakçı toplayan tədbirdə yeni innovasiyalar ilə bərabər, “Vmware” şirkətinin yeni məhsulları da təqdim ediləcək.

“VMware Tour” xətti ilə keçirilən tədbirlər Rusiyanın və MDB ölkələrinin iri şəhərlərində keçirilir. Bu tədbirlərdə hər il minlərlə İT mütəxəssis, vendor nümayəndəsi, sifarişçi şirkət və “VMware” tərəfdaş iştirak edir.
 
Bakıda keçiriləcək “VMware Tour”un iştirakçıları virtuallaşma və bulud hesablamaları sahəsində aparıcı texnologiyalarla tanış olmaq, “Vmware” mühəndislərinə və tərəfdaşlarına sual vermək və Azərbaycanın aparıcı İT şirkətlərindən olan həmkarları ilə ünsiyyət qurmaq imkanı əldə edəcəklər.
 
Aynur Vəliyeva




01/10/14    Çap et