Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” genişbucaqlı ön kameraya malik smartfonunu nümayiş etdirib


“Samsung” korporasiyası ucuz “Galaxy Grand Prime” smartfonunu nümayiş etdirib. Cənubi Koreya şirkəti nazik korpus, güclü çipi, uzunmüddətli avtonom iş vaxtı və ön kameranı aparatın üstünlükləri kimi qeyd edib.

“Samsung Galaxy Grand Prime” modeli 1,2 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 400” prosessoru, 960x540 piksel təsvir ölçülü 5 düymlük ekran, 1 QB əməli və 8 QB daxili yaddaşla təchiz edilib.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, əsas 8 meqapiksellik kamera LED işıqlandırıcı, avtofokus və Full HD formatında video çəkilişi funksiyasına  əlavə edilmişdir. 5 meqapiksellik ön kamerada genişbucaqlı obyektiv istifadə olunur.

Bundan başqa, smartfon “3G HSPA+”, “Wi-Fi b/g/n”, “Bluetooth 4.0” və “GPS” modulları, SİM kart üçün iki slot və qurğunu videonu izləmə zamanı 10 saat, danışıq rejimində 17 saat və musiqi dinləyərkən 75 saat avtonom işlə təmin edən 2600 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib.

Aparatın qalınlığı 8,6 mm, çəkisi 156 qram təşkil edir. “Android 4.4 KitKat” əməliyyat sistemi quraşdırılıb.


Emil Hüseynov
 
 

 




01/10/14    Çap et