Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” Korporasiyası “Windows”un gələcək inkişaf perspektivlərini i təqdim edib


 "Microsoft" Korporasiyası yeni "Windows 10" əməliyyat sistemini təqdim edib və oktyabrın 1-də mövcud olacaq kompüter üçün texniki avadanlığa ilkin texniki baxış keçirib.
 
Təqdimatda biznes üçün dizayn olunmuş yeni üstünlüklər, o cümlədən, yenilənmiş istifadəçi təcrübəsi və inkişaf etdirilmiş təhlükəsizlik və idarəetmə imkanları xüsusən qeyd edilib. Korporasiya həm də müştərilərin ehtiyaclarını daha yaxşı qarşılayan "Windows"un hazırlanması və müştərilərə çatdırılması yolunu dəyişmək üçün edilmiş indiyədək mövcud ən böyük açıq əməkdaşlıq və inkişaf səyini qabardaraq "Windows Insider" proqramını da təqdim edib. Proqram istifadəçiləri inkişaf dövrü ərzində istifadə və rəy üçün "Windows 10"-un texniki ilkin baxış variantını və davamlı qurğu axınını əldə edəcək və "Microsoft"un mühəndisləri ilə öz şərhlərini  bölüşə biləcəklər.
 
 
"Windows 10" öz istifadəçilərinə işləmək, oynamaq və internetə qoşulmaqda yeniliklər təqdim etmək məqsədilə təcrübələri aşaraq, bütöv bir yeni nəsil "Windows"un ilk addımını təqdim edir», - deyə "Microsoft"un Əməliyyat Sistemləri Qrupunun icraçı vitse-prezidenti Terri Mayerson deyib. "Bu, bizim ən geniş əməliyyat sistemimiz və "Microsoft"un iş adamları üçün hazırladığı ən yaxşı təqdimatdır. Biz qarşıdakı ay ərzində "Windows 10"-u həyata gətirmək üçün geniş "Windows" icmamız ilə əməkdaşlığı səbirsizliklə gözləyirik".
 
"Windows 10": Cihazlar arasında tanışlıq və ardıcıllıq
"Windows 10" müştərilərinə daha da böyük məhsuldarlıq imkanı yaratmaq üçün onların istifadə etdiyi cihazlara "Xbox"dan tutmuş, tablet və kiçik qacetlərədək və onların həyata keçirdiyi ardıcıl və təkrar təcrübələrə uyğunlaşır. "Windows 10" dünya üzrə internetdən tutmuş, məlumat mərkəzlərinədək indiyə qədər olan ən geniş cihaz diapazonunda yayılacaq. "Microsoft", həmçinin, hər növ cihazları inkişaf etdirənlər üçün bir nöqtədə birləşən tətbiq platforması təklif edir. İnkişafetdiricilər proqramları bir dəfə yükləyə və asanlıqla müxtəlif cihaz tipləri arasında paylaya, kəşf edə, satın ala və müştərilər üçün yeniləyə bilər.
 
"Windows 10": Müasir biznesdə çətinlikləri aradan qaldırmaq üçün nəzərdə tutulub
"Windows 10" biznesin
tələb etdiyi, o cümlədən istifadəni asanlaşdırmaq və rahat etmək üçün korporativ səviyyədə təhlükəsizliyi, məlumatın və identifikasiyanın qorunması kimi amillərə malikdir. "Microsoft"un təqdim etdiyi inkişafın bir sahəsi də oğurluq, fişinq və xarabolmaya qarşı davamlılığı özündə birləşdirən istifadəçi identifikasiyası ilə apardığı işlər təşkil edir. "Windows 10", həmçinin, öncədən məlumat itkisinin qarşısını almaq üçün proqram və fayl səviyyəsində konteynerlər və məlumat ayırıcılarından istifadə edir. Bu vasitələr USB daşıyıcı, elektron poçt və ya buluddan gələn məlumatların qorunmasına imkan yaradır.
 
Xərclərin aşağı olmasına yardım etmək məqsədilə "sil-və-yenidən yüklə" cihaz ssenarisini köhnəlməyə məruz qoyan "Windows 7" və "Windows 8"-dən götürülən yerindəcə yenilənmə funksiyası daxil olmaqla, idarəetmə və yerləşdirilmə sadələşdirilib. Müəssisələrdə son yeniliklərin qəbuletmə tezliyi və təkmilləşmə təsirinin davamiyyətində seçim rahatlığı yaranacaq. Bundan başqa, təşkilatlar öz ehtiyac və əhatəsinə görə əlavələr bazası yükləyə biləcək. Axır məqsəd həcmli əlavə lisenziyasına, rahat paylaşmaya və lazım olduqda təşkilatlara lisenziyaları düzəltmək və ya təkrar istifadə etmək imkanı verən əlavələr bazası yaratmaqdır.
 
PK məhsuldarlığının ilkin texniki baxışı
 
"Windows 10" proqramının ilkin texniki baxışı "Windows 10" təcrübəsi vasitəsilə rahatlığın, naviqasiyanın və tanış olan məlumatın yeni səviyyəsini nümayiş etdirir.
Xüsusiyyətlər siyahısına aşağıdakılar daxildir:
 
 
Açıq birgə əməkdaşlıq inkişafı
 
"Windows Insider" Proqramının tətbiqi "Microsoft" Korporasiyasının "Windows"un gələcəyini formalaşdırmağa kömək etmək üçün müştərilər ilə sıx əməkdaşlığının davamlı öhdəliyini nümayiş etdirir. "Windows Insiders" inkişaf dövrü ərzində erkən quraşdırılan məhsullara rəy verə biləcək. Təkliflər və məsələlər mübadiləsi üçün "Windows" rəyvermə əlavəsi, həmçinin, "Microsoft" mühəndisləri və "Insiders" kolleqaları ilə qarşılıqlı əlaqələr üçün yaradılan "Windows" texniki ilkin baxış forumu daxil olmaqla, "Windows Insiders" Proqramı və "Microsoft" arasında ikitərəfli dialoq üçün bir neçə yol daxil edəcək. "Windows Insider" Proqramı və texniki baxış barəsində olan daha ətraflı məlumatı  http://preview.windows.comünvanında tapa bilərsiniz.
 




02/10/14    Çap et