Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone”-nu “qıran” şəxs “Apple” şirkətində təcrübə keçəcək


“iOS” əməliyyat sistemini “qırmaq” üçün alətlərin yaradıcısı 19 yaşlı Nikolas Alleqra “Apple” şirkətində təcrübə keçəcək. Bu barədə şəbəkədə “Comex” ləqəbindən istifadə edən Alleqra özü “Twitter” xidmətindəki mikrobloqunda bildirib. Alleqra "tvit"də bildirib ki, o, sentyabr ayının əvvəlində “Apple”-da təcrübə keçəcək. Bununla belə, o, təcrübə müddəti haqqında heç nə bildirməyib.




26/08/11    Çap et