Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Əməliyyat sistemi bazarı araşdırılıb
“Net Applications” tədqiqat şirkətinin məlumatına görə, “Microsoft” korporasiyasının “Windows 8.x” platformasını irəli çəkmək niyyətinə baxmayaraq, “Windows 7” əməliyyat sistemi (ƏS) populyarlığını qoruyub saxlayır.
Sentyabrda “Windows 7” ƏS-nin bazar payı 52,71% təşkil edib. Proqram nəhənginin aktual ƏS-i, öz növbəsində, bazar payını itirir: yay fəslinin son ayı şirkətin aktual platformasının payı 13,37% olub, sentyabrda isə 12,26%-dək azalıb.
"ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Windows XP” sisteminin istifadəçiləri köhnə ƏS-i ilə ayrılmaq istəmirlər: bir ay ərzində adı çəkilən platformanın payı cüzi azalıb: 23,89%-dən 23,87%-dək. Nəticədə ən populyar ƏS-i arasında ikinci yerdə qərarlaşıb. “OS X 10.9” platformasının bazar payı 4,05%, "alma" əməliyyat sisteminin başqa versiyalarının bazar payı isə 1%-dən azdır.
Emil Hüseynov
02/10/14 Çap et