Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti “Samsung”a görə “PayPal” ilə danışıqları dayandırıb


“Apple” şirkəti mobil ödənişlər sahəsində “PayPal” sistemi ilə əməkdaşlıq haqda danışıqlar aparırdı, amma “PayPal”ın “alma” şirkətinin əsas rəqibi “Samsung”la əməkdaşlığına görə danışıqları dayandırıb. Bu haqda etibarlı mənbələrə istinadən “Bank Innovation” maliyyə nəşri yazıb.
 
KİV yazır ki, “PayPal” cari ilin yanvarında “iPhone” üçün mobil ödəniş xidmətinin hazırlanması üzrə “Apple”ın tərəfdaşı olmaq niyyətini ifadə edib. Amma “PayPal” fevralda “Galaxy S5” smartfonu ilə əlaqədar “Samsung”u dəstəklədikdən sonra şirkətlər danışığı dayandırıb. Şirkətlər o zaman elan etmişdilər ki, “PayPal” qurğu sahibinin barmaq izinin köməyi ilə ödənişlərin identifikasiyasını dəstəkləyəcək birinci ödəmə sistemi olacaq.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Apple” sentyabrda “Apple Pay” şəxsi ödəmə sistemini nümayiş etdirdikdə kredit kartları buraxan və “alma” şirkətinin texnologiyasını dəstəkləyəcək bir sıra bank və firmaların adını çəkib. Amma həmin bankların arasında “PayPal” ödəmə sisteminin adı olmayıb. “Apple Pay” oktyabrdan ABŞ-da işləməyə başlayacaq.
 
Emil Hüseynov
 
 
 




02/10/14    Çap et