Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hesablama Palatasının rəsmi internet səhifəsi yenilənib


Azərbaycan Respublikası Hesablama Palatasının (HP) rəsmi internet səhifəsində yeniliklər edilib.
 
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə  “HP”-nın mətbuat katibliyindən məlumat verilib. Palatadan bildirilib ki, məlumatlılığın artırılması məqsədilə qurumun “http://www.ach.gov.az” rəsmi internet səhifəsində “Müsahibələr və çıxışlar” və “Hesablama Palatası tərəfindən Nazirlər Kabinetinə təqdim edilmiş təkliflər” adlı yeni bölmələr yaradılıb.
 
“Qeyd edək ki, “Müsahibələr və çıxışlar” bölməsi əsas menyuda yaradılmaqla Hesablama Palatası sədrinin 2014-cü ildən başlayaraq çıxış və müsahibələrinin tam mətnini təqdim edir. “Hesablama Palatası tərəfindən Nazirlər Kabinetinə təqdim edilmiş təkliflər” bölməsi isə “Hesablama Palatasının fəaliyyəti” bölməsinin tərkibində yerləşdirilib və həyata keçirilən nəzarət tədbirlərinin nəticəsi olaraq 2010-cu ildən etibarən Nazirlər Kabinetinə təqdim edilən təkliflər barədə tam məlumatı əks etdirir” – deyə Hesablama Palatasından bildirilib.
 
 
SEYMUR
 
 




02/10/14    Çap et