Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İstehsalçılar sensor ekranlı noutbukların buraxılışını dayandıracaq


İstehsalçılar 2014-cü ilin dördüncü rübünədək tələbatın zəif olmasına görə sensor ekranlı noutbukların buraxılışını dayandıracaq. 
 
Buna səbəb istehsalçıların noutbukları aktiv şəkildə smartfon və planşet kompüterlərlə əvəzləməsidir. Bununla yanaşı, onlar hələ də mobil fərdi kompüterlərlə “maus” və klaviatura ilə işləməyə üstünlük verirlər, sensorlu displeydən istifadə isə qurğunun maya dəyərini və pərakəndə satış qiymətini artırır.
 
Sensorlu noutbuklara tələbatın az olmasından hamıdan çox ekranların sensor funksiyalarını reklam edən "Intel” və “Microsoft” şirkətləri ziyan çəkir.
 
Bildirilir ki, istehsalçılar sensor displeyləri “ikisi birində” qurğularında (klaviaturalı planşet) saxlasalar da, ultrabuk, oyun və kütləvi noutbuklarda tətbiqini dayandıracaqlar. Vəziyyətin 2015-ci ildə “Windows 9” əməliyyat sisteminin çıxması ilə dəyişəcəyi gözlənilir, - “Lenta” yazır.




02/10/14    Çap et