Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Smartfon bazarında tendensiyalar: ekranların ölçüsü böyük, təsvir ölçüsü yüksək
"Display Search" analitik şirkətinin ekspertləri bildirirlər ki, smartfon istehsalçıları getdikcə böyükölçülü aparat və yüksək təsvir ölçülü modellərə daha çox diqqət yetirirlər.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, mütəxəssislər smartfonlar üçün qlobal panel tədarükü haqda məlumatları araşdırdıqdan sonra məlum olub ki, 2014-cü ilin ikinci rübündə smartfonlarda ekranın orta ölçüsü 4,7 düym olub ki, bu da ötənilki göstəricidən 1 düym çoxdur. "DisplaySearch"ın məlumatına görə, 2013-cü ilin birinci rübündə bu göstərici 3,7 düym təşkil edib.
Ekspertlər, həmçinin bildirir ki, yüksək təsvir ölçülü ekranla təchiz edilmiş aparatlar bazarı sürətlə inkişaf edir. Məsələn, 2014-cü ilin aprel-iyun aylarında panel istehsalçıları ümumilikdə smartfonlar üçün 352,03 milyon ekran tədarük ediblər ki, bunların 75,61 milyonu və ya 21,5%-i Full HD (1920x1080 piksel) formatından yüksək təsvir ölçüsünə malik olublar.
Emil Hüseynov
02/10/14 Çap et