Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nar Mobile” yeni kampaniyaya start verir


“Nar Mobile” mobil operatoru öz tərəfdaşı “Irshad Electronics” ilə birlikdə yeni kampaniyaya start verir.

1-31 oktyabr 2014-cü il tarixləri arasında davam edəcək kampaniyaya əsasən, hər bir kəs ayda cəmi 10 AZN ödəməklə “Irshad Electronics” mağazalarından 18 aylıq faizsiz kredit əsasında “Nokia Lumia 525” smartfonu əldə edə biləcək.
 
İçində “Nar” nömrəsi olan bu smartfonu əldə etmiş bütün abunəçilər 6 ay ərzində öz balanslarını artıraraq 100 AZN dəyərində şəbəkədaxili danışıq və 600 MB İnternet trafiki hədiyyə qazanacaqlar.
 
Beləliklə, “Nokia Lumia 525” əldə etmiş abunəçilər 18 ay ərzində bu smartfon üçün faizsiz kreditlə ödəyəcəkləri məbləğin tən yarısını 6 ay müddətində mobil operatordan bonus şəklində geri ala biləcəklər.
 
 
 
RƏVAN
 




02/10/14    Çap et