Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

1000 dollarlıq 3D printer



Son zamanlar mühəndislərin yaratdıqları müxtəlif növ 3D printerlər müxtəlif materiallardan böyük sayda məhsullar çap edə bilərlər. Amma 3D printeri kütləvi məhsula çevirmək üçün istehsalçılar bir neçə problemi həll etməlidirlər, onlardan biri son məhsulun qiymətinin azaldılmasıdır.
 
"ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, “Arduino” şirkəti bu problemi həll etmək üçün “Sharebot” şirkəti ilə ucuz 3D printer buraxacaq. Yeni qurğu “Materia 101” adlanır.
 
Qurğunun ölçüləri təxminən 14x10 santimetr təşkil edir və müvafiq olaraq kiçik obyektləri çap edəcək.
 
“Arduino” şirkəti printerin iki versiyasını buraxmağı planlaşdırır. İstehsalçı 800 dollara sizə yalnız qurğunun komponentlərini göndərəcək və ev şəraitində özünüz 3D printeri quraşdıracaqsınız. Hazır “Materia 101” satın almaq istəyirsinizsə, o zaman 200 dollar əlavə ödəmək lazımdır.
 
Emil Hüseynov
 

 




03/10/14    Çap et