Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə sahəsi bayram günlərində xüsusi rejimdə fəaliyyət göstərəcək


“Aztelekom” İstehsalat Birliyi Qurban bayramı günlərində abunəçilərin rabitə şəbəkəsindən, o cümlədən genişzolaqlı internet xidmətindən keyfiyyətli və fasiləsiz olaraq istifadəsini təmin etmək məqsədilə gücləndirilmiş iş rejimində işləyəcək.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə birliyin baş direktorunun 1-ci müavini, texniki direktor Zahir Vəliyev məlumat verib. Onun sözlərinə görə, bu məqsədlə birlik tərəfindən bir sıra tədbirlər həyata keçirilir.

Bayram günlərində “Aztelekom” İB-də və qovşaqlarda əlavə məsul növbətçilərin sayı artırılmaqla yanaşı, birliyin Operativ idarəetmə şöbəsinin dispetçer xidməti xüsusi iş rejimində çalışacaq.  Görülən tədbirlər nəticəsində bayram günlərində əhaliyə dayanıqlı və keyfiyyətli rabitə xidmətlərinin göstərilməsi təmin olunacaq.
 
Bundan başqa bütün tabeli strukturlara mümkün qəza hallarının baş verməməsi üçün ayrı-ayrı təşkilatlar və iş adamları tərəfindən optik rabitə kabel xətlərinin ərazisində qazıntı və təmir-tikinti aparılmaması üçün xüsusi tapşırıqlar verilib. Mühafizə xidmətinin işi gücləndirilərək regional qəza xidməti briqadalarının baş verə biləcək qəza hallarının operativ aradan qaldırılması üçün hazır vəziyyətə gətirilməsi verilən tapşırıqlar sırasındadır.



Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) Novruz bayramı günlərində ənənəvi olaraq xüsusi  iş rejiminə keçəcək. Bu barədə birliyin baş direktor müavini Xankişi Kişiyev “İCTnews” elektron xəbər xidmətinə məlumat verib.



Onun sözlərinə görə, bununla əlaqədar bayram günlərində əhali telefon rabitəsindən daha çox istifadə etdiyinə görə şəbəkənin yüklənməsi nəzərə alınaraq ilk növbədə meqatrafikin üstünlük təşkil etdiyi ərazilərdə lazımi kanalların sayı artırılıb. 



“Görülən qabaqlayıcı tədbirlərdən əlavə, birlikdə qərargah yaradılmaqla yanaşı, qovşaqların ATS-lərinin hər birində növbətçi işçilərin sayı artırılacaq və stansiyalara məsul şəxslər təhkim olunacaq: bununla da əhalinin fasiləsiz olaraq telefon rabitəsindən və genişzolaqlı internet xidmətindən yüksək səviyyədə istifadəsi təmin olunacaq” – Kişiyev bildirib.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) “Azərpoçt” MMC-nin bütün şöbələri Ramazan bayramı günlərində işləyəcək.
 

 “Azərpoçt” əhalinin poçt xidmətlərinə tələbatını daha çevik ödəmək üçün bayram günlərində xüsusi rejimdə fəaliyyət göstərəcək. 

MMC-nin bütün Bakı və bölgə şöbələri səhər saat 09:00-dan 18:00-dək növbəli iş rejimində müştərilərə xidmət göstərəcək.
 
RƏVAN




03/10/14    Çap et