Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Müdafiə Sənayesi Nazirliyinin bütün işçilərinin əmək müqaviləsi bildirişləri elektron informasiya sisteminə daxil edilib
Azərbaycan Müdafiə Sənayesi Nazirliyində işçilərin əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsi tam başa çatdırılıb.
Nazirlikdən verilən məlumata görə, müdafiə sənayesi nazirinin “Əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsi və bununla bağlı səlahiyyətli şəxslərin təyin edilməsi haqqında” əmri ilə bu sahə üzrə səlahiyyətli şəxslər təyin olunub.
Əmrə müvafiq olaraq müəyyən edilmiş müddət ərzində Müdafiə Sənayesi Nazirliyinin aparatında, eləcə də tabeli müəssisələrində çalışan işçilərin əmək müqaviləsi bildirişləri Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə tam daxil edilib.
CAHANGİR
03/10/14 Çap et