Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Nokia” şirkəti 2 “sim kart” dəstəyi olan ən ucuz telefonunu təqdim edib (VİDEO)
Rübün sonuna kimi “Nokia” şirkəti monoblok tipli korpusda olan büdcəyə uyğun “Nokia 101” mobil telefon satışlarına başlayacaq.
Yenilik fin istehsalçısının 2 “sim kart” dəstəyi ilə ən ucuz aparatı olacaq. Telefon 1,8 düym rəngli ekranla (128×160 piksel), 16 QB tutuma qədər kart dəstəyi ilə “MicroSD” slotu, “FM tyuner” və qulaqcıqlar üçün 3,5 millimetrlik konnektor ilə təchiz olunub.
“MR3” faylların oxudulması və GSM 900/1800 MHz şəbəkələrində iş dəstəklənir. Qurğunun ölçüləri 110×45,5×14,9 millimetr, çəkisi isə akkumulyator ilə birlikdə 70 qramdır. “Nokia 101” modelinin qiyməti təxminən 35 dollar təşkil edəcək.