İran 2016-cı ilin martınadək beş peyk buraxacaq
İran növbəti təqvim ilində (2015-2016-cı ilin martı) öz istehsalı olan üç peyk buraxmağı planlaşdırır. Bu barədə İran Kosmik Agentliyinin (ISA) rəis müavini Həmid Fazeli Ümumdünya Kosmos Həftəliyinin açılış mərasimində deyib.
Onun sözlərinə görə, “Zafar”, “Tolou” və “AUT” peykləri “Simorq” raketdaşıyıcısı ilə buraxılacaq. İstismar müddəti il yarım təşkil edən “Zafar” peyki geostasionar orbitdə Yer səthinin fotoçəkilişini həyata keçirəcək. “Tolou” peyki də distansiyalı zondlaşdırma və topoqrafik çəkilişlər etməklə orbitin 500 kilometrliyində yerləşəcək. Əmir Qəbir Texniki Universitetinin alimləri tərəfindən hazırlanan “AUT” peyki məlumatların monitorinqi və ötürülməsi üçün nəzərdə tutulub. Peykin istismar müddəti iki ildir.
H.Fazelinin sözlərinə görə, kosmik agentliyin qısamüddətli perspektiv üçün planlarına hazırda hazırlanma mərhələsində olan "Sharifsat” və “NaHiD” peyklərinin buraxılması daxildir.
2009-cu ildə İran Yerin ilk süni peykini müstəqil şəkildə buraxmağa, daha sonra isə “Safir-2” raket daşıyıcısı ilə iki uğurlu buraxılışı həyata keçirməyə nail olub, - "
Lenta” yazır.