Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İKT standartları üzrə Texniki Komitəyə Azərbaycanı İSO-da təmsil etmək təklif olunub
Azərbaycan Standartlaşma, Patent və Metrologiya üzrə Dövlət Komitəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Standartlaşma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsini (TK 05) ölkəni ISO-nun (International Standardization Organization) beynəlxalq tədbirlərində təmsil edə biləcək yeganə texniki komitə hesab edir.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Namiq Tağıyev bildirib ki, hazırda TK 05 ölkədə fəaliyyət göstərən Texniki komitələr arasında ən aktiv və effektiv qurum olduğu üçün beynəlxalq səviyyədə Azərbaycanın maraqlarını müdafiə edə bilər.
“İSO-nun 200-ə yaxın Texniki Komitəsi var, onlardan 30-40-ı İKT standartları üzrə Texniki komitələrdir və Azərbaycan bu komitələr tərəfindən təqdim edilən İKT standartlarının güzgü variantlarını yarada bilər. Bundan başqa, İSO-nun tədbirlərinə qoşulmaqla İT şirkətləri beynəlxalq müştərilərə çıxmaq imkanı əldə edə bilərlər”, - deyə o qeyd edib.
Aynur Vəliyeva
08/10/14 Çap et