Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Oktyabrın 16-da yeni “Apple iPad” və “iMac” nümayiş etdiriləcək


“Apple” şirkəti oktyabrın 16-da keçiriləcək tədbirdə yeni “iPad” planşetlərini nümayiş etdirəcək. Bu haqda vəziyyətlə tanış mənbələrə istinadən “Bloomberg” agentliyi yazıb.

Mənbələr bildirir ki,  “Apple” planşetlərinin satış həcmini artırmağa çalışır. Həm 9,7 düymlük model, həm də “iPad mini”nin yeni versiyası nümayiş etdiriləcək.

"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Apple”ın rəsmi nümayəndəsi Trudi Müller bu informasiyanı şərh etməkdən imtina edib.

“Apple” üçün “iPad”in satış həcmi hazırda “iPhone”dan çox güclü asılı olan biznesini diversifikasiya etmək üsulu kimi böyük əhəmiyyət daşıyır. “Alma” şirkətinin dövriyyəsinin yarısı smartfonların payına düşür. Planşetlərin satış həcmi 32 milyard təşkil edir, amma son iki rübdə azalır.

Emil Hüseynov
 




08/10/14    Çap et