Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın proqram təminatında testlərin gələcəyi müzakirə olunacaq


Bu ayın 15-də Bakıda «Test Baku» adlı 2 hissədən ibarət panel keçiriləcək. Yüksək Texnologiyalar Parkında baş tutacaq paneldə Azərbaycanın proqram təminatında testlərin gələcəyi müzakirə olunacaq.
 
Tədbirin təşkilat komitəsindən “ICTnews” xəbər xidmətinə verilən məlumata görə, bankçılıq, sığorta, telekommunikasiya və neft-qaz sahələrini bir araya gətirəcək olan «TestBaku» konfransında 100-dən çox mütəxəssisin iştirakı nəzərdə tutulub.
 
 
Məlumat üçün bildirək ki, tədbirin əsas təşkilatçısı Türkiyənin məşhur “Keytorc” şirkətidir. Şirkət 2005-ci ildən bəri müştərilərinə proqram test sahəsində xidmət göstərməkdədir. “Keytorc”-un bankçılıq və maliyyə, sığorta, telekommunikasiya, müdafiə sənayesi və e-ticarət kimi sahələrdə 500-dən çox uğurlu əməliyyatları mövcuddur.
 
Qeydiyyat üçün, bu ünvana “info@keytorc.com” müraciət edə bilərsiniz (http://www.keytorc.com/news/events/testbaku/).
 
 
SEYMUR




08/10/14    Çap et