Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Tailandda həyəcan siqnalı göndərməyə imkan verən tətbiq yaradılıb
Tailandda smartfonlar üçün yaradılmış xüsusi tətbiq turistlərə polisə həyəcan siqnalı göndərməyə imkan verir.
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, tətbiq "Turistin dostu" adlanır, “iOS” və “Android” platformaları ilə işləyən qurğulara quraşdırılır. Proqram fövqəladə hallarda öz koordinatlarını Tailandın turizm polisinə göndərməyə imkan verir.
Bundan başqa, tətbiq, həmçinin səyahətçini maraqlandıran əyləncə, mədəni hadisələr və tədbirlər haqqında informasiyanın axtarışı üçün nəzərdə tutulub.
Emil Hüseynov
08/10/14 Çap et