Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın elmi müəssisələrində “Wi-Fi”, “Eduroam”, “Cloud Computing” xidmətlərinin istifadəsi genişləndiriləcək
Elmi-innovasiya fəaliyyəti çərçivəsində AMEA-nın Əsas binasında infrastrukturun müasir tələblər çərçivəsində yenidən qurulması üzərində işlər aparılır.
Həmçinin AMEA-nın institut və təşkilatlarında yeni xidmət (“Wi-Fi”, “Eduroam”, “Cloud Computing” və s.) sahələrinin istifadəsinin genişləndirilməsi, AMEA-nın Əsas binasının Dairəvi və kiçik zallarında video-nəzarət sistemi, video-proyektorun quraşdırılması və “Wi-Fi” xidmətinin yaradılması, İnformasiya Texnologiyaları İnstitutunda elektron kitabxana sisteminin yaradılması işləri həyata keçirilir.
Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) İTİ-nin 4 saylı şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov rəhbərlik etdiyi şöbənin 9 aylıq hesabatını təqdim edərkən məlumat verib. İnstitutdan bildirilib ki, şöbədə yerinə yetirilən elmi-tədqiqat işlərindən danışan R.Ələkbərov korporativ istifadəçilər qrupuna göstərilən internet xidmətlərinin səmərəliliyinin artırılması üçün model və alqoritmlərin işlənməsi, “AzScienceNet” elm kompüter şəbəkəsinin fəaliyyətinin səmərəliyinin artırılması metodları və alqoritmlərinin işlənməsi, eləcə də kompüter şəbəkəsində virtual hesablama mühitlərinin sintezi metod və alqoritmlərinin işlənməsi istiqamətində aparılan elmi araşdırmaları diqqətə çatdırıb.
Onun sözlərinə görə, “AzScienceNet” şəbəkəsində “Cloud Computing” xidmətinin Azərbaycanın elmi müəssisələrinin əməkdaşlarının istifadəsinə imkanın yaradılması, AMEA-nın institut və təşkilatlarının veb-səhifələrinin “AzScienceNet” elm kompüter şəbəkəsinin Data Mərkəzində yerləşdirilməsi, şöbədə aparılan elmi-tədqiqatlarda istifadə edilən riyazi metodların dərindən öyrənilməsi və s. istiqamətlərdə fəaliyyətin genişləndirilməsi nəzərdə tutulur.
Həqiqət İSABALAYEVA
09/10/14 Çap et