Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“DDoS” trafikin çox hissəsi Çinin payına düşür


Kibertəhlükəsizlik tədqiqatçılarının araşdırmasına əsasən, hücum edən trafikin çox hissəsi Çinin payına düşüb.
 
"ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, “Intelligent Platform” “bulud” xidmətinə sahib “Akamai” şirkəti 2014-cü ilin ikinci rübündə "internetin vəziyyəti" hesabatını dərc edib. Hesabata əsasən, Çin qlobal "hücum trafiki" və ya “DDoS”-trafik üzrə lider qalır. Bu ölkədən edilən hücum trafikinin payı 43%-dək artıb. İndoneziyanın hücum trafikinin payı iki dəfədən çox artaraq 15%-ə çatıb, ABŞ-ın payı isə 13%-dək artıb.
 
Dünyada 2014-cü ilin ikinci rübündə müəssisə və kommersiya təşkilatlarının müştəriləri hücumların təxminən 60%-i haqda bildirib. Şimali və Cənubi Amerikanın sakinləri haker hücumlarının 50%-i haqda məlumat verib.
 
“DDoS”-hücum eyni zamanda çoxlu kompüterdən hesablama sisteminə edilən haker hücumudur. Bu cür hücumlar zamanı çox vaxt sayt və başqa internet-resursların işi dayanır.
 
Emil Hüseynov
 




09/10/14    Çap et