Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ sürücüsüz qayıqlardan istifadəyə başlayacaq
ABŞ-ın Hərbi Dəniz Qüvvələri süni intellektlə təchiz edilmiş sürücüsüz qayıqları yoxlayır.
"Ağıllı" gəmilər manevr edə, dostməramlı gəmiləri müdafiə edə və insan müdaxiləsi olmadan düşmən hədəflərini vura biləcək. Amma məhz operator hücum haqqında qəti qərar verəcək.
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, qayıqlarda “CARACaS” adlı yeni texnologiya tətbiq edilir. “GCaptain” saytı yazır ki, bu texnologiya istənilən kiçik gəminin bortunda mobil qurğu şəklində yerləşdirilə bilər.
Emil Hüseynov
09/10/14 Çap et