Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan Dövlət İqtisad Universitetində elektron sənəd dövriyyəsi tətbiq olunacaq
Ötən illərdən fərqli olaraq bu il Azərbaycan Dövlət İqtisad Universitetinə (ADİU) qəbul olan tələbələr yeni tədris standartları üzrə təhsil alacaqlar.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikri universitetin rektoru, professor Ədalət Muradov ali təhsil ocağının ikinci tədris binasında Texnologiya və dizayn fakültəsinin birinci kurs tələbələri ilə görüş zamanı deyib.
Onun sözlərinə görə, yaxın zamanda elektron kitabxana tələbələrin ixtiyarına veriləcək.
Rektor, həmçinin əlavə edib ki, universitetdə elektron sənəd dövriyyəsinə keçiləcək. Bu, tələbələrin vaxta qənaət etməsinə kömək edəcək.
CAHANGİR
09/10/14 Çap et