Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən reytinqli brendi bəlli oldu


“Interbrand” şirkəti “Best Global Brands” siyahısını dərc edib. Reytinqin lideri “Apple” şirkətidir. Şirkətin kapitallaşdırma dəyəri 21 % artaraq 118 milyard dollar təşkil edib.

"ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, ikinci yerdə “Google” şirkəti qərarlaşıb. Korporasiyanın dəyəri 15 % artaraq 107 milyard dollar olub.

Üçüncü yerdə “Coca-Cola” (+3 %, 81 milyard dollar) şirkəti qərarlaşıb. İlk onluqda texnologiya sahəsi ilə məşğul olan daha iki şirkət yer alıb. “Microsoft” (+3 %, 61 milyard dollar) beşinci pillədə, “Samsung” (+15 %, 45 milyard dollar) yeddinci pillədə qərarlaşıb.

Emil Hüseynov




09/10/14    Çap et