Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2015-ci ildə fərdi kompüter bazarı inkişaf edəcək


2012-ci ildən eniş dövrünü yaşayan qlobal fərdi kompüter bazarı tezliklə artım səviyyəsinə qayıdacaq.

“Strategy Analytics” analitik şirkətinin proqnozuna görə, 2015-ci ildə FK-nın satış həcmi 5% artacaq. Bu, onunla bağlıdır ki, istehlakçılar köhnə qurğularını yenisi ilə əvəz edəcəklər.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, amma ekspertlər xəbərdarlıq edirlər ki, müsbət dinamikaya qayıdış daha birillik azalma ilə müşahidə olunacaq: 2014-cü ildə FK satışının 4% azalacağı gözlənilir.

“Strategy Analytics” şirkətinin inkişaf etmiş bazarlarda istehlakçılar arasında keçirdiyi tədqiqatının nəticəsinə əsasən, planşetlərin populyarlığına baxmayaraq, masaüstü FK və noutbuklar əvvəlki kimi insanların həyatında mühüm rol oynayır.

Ekspertlər hesab edirlər ki, 2018-ci ilədək inkişaf etmiş ölkələrin ev təsərrüfatının 70%-i FK-dan istifadə edəcək.


Bununla belə, “Strategy Analytics”in analitiki Erik Smit eyni anda bir neçə FK-dan istifadə edən ev təsərrüfatının sayının azalması tendensiyasını qeyd edib. Bu, onunla bağlıdır ki, insanlar sadə gündəlik işlərin icrası üçün əlavə noutbuk əvəzinə planşetlərdən istifadəyə başlayıblar. Amma elektron cədvəllər, videoçarxların montajı, bank əməliyyatları kimi mürəkkəb tapşırıqlar üçün insanlar əvvəlki kimi FK-dan istifadəyə üstünlük verirlər.


Emil Hüseynov
 
 
 
 




09/10/14    Çap et